Virtualaz.org «Anadolu» agentliyinə istinadən xəbər verir ki, məsciddə törədilmiş partlayışda yaralananların sayı 20 nəfərə çatıb.

*   *   *20:35

Türkiyənin Bursa şəhərində, Ulucami məscidinin yaxınlığında törədilmiş partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisəni 25 yaşlı qadın kamikadzenin törətdiyi və ölənin də terrorçunun özü olduğu bildirilir.

*   *   *19:30

Türkiyənin Bursa şəhərinin mərkəzi məscidində partlayış baş verib.

Virtualaz.org Türkiyənin «Milliyet» qəzetinə istinadən xəbər verir ki, partlıayış nəticəsində ən azı 6 nəfər yaralanıb.

Məsciddə partlayış yerli vaxtla 17:25-də (Bakı vaxtı ilə 18:25-də) baş verib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib.

.