Türkiyənin ən tələbatlı gənc aktrisalarından olan Burcu Kıratlı ideal bədən quruluşu ilə daim diqqət mərkəzinə düşməyi bacarır. 

"Milliyet"in verdiyi xəbərə görə, məşhur müğənni Sinan Akçıl ilə evlənib boşanan və yenidən barışan aktrisa yenə paylaşımları ilə diqqət mərkəzindədir.

Qara rəngdə dərin sinə yarıqlı geyimi ilə poz verən aktrisadan izləyiciləri formasını necə qoruduğunu soruşublar. Kıratlı verilən suallara cavab olaraq, sirrinin genetik olduğunu bildirib.

“Həyatımda heç vaxt dieta saxlamadım. Ağır idman məşqlərindən uzaq durdum. Xəmir xörəkləri, şirniyyat yedim. Gecə də yemək yeyirəm. Genetik cəhətdən şanslıyam. Sirrim budur”.

Bundan başqa, aktrisa yeni mövsümdə ekranlarda olacağının müjdəsini də verib. 

.