"Idman heç zaman siyasi alətə çevrilməməlidir”, - Almaniya Bundestaqının deputatı Andre Xan bu yaxınlarda Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Almaniyada keçirilən dinləmələri jurnalistlərə şərh edərkən deyib.
"Əlbəttə biz müəyyən problemlər haqqında,yəni mətbuat azadlığı, ifadə azadlığı barədə danışmışdıq”, - o vurğulayıb. Lakin Xanın ait olduğu solçu fraksiyası səsvermədə iştirak etməyib.
Onun sözlərinə görə, qətnamənin bəzi bəndləri razı olmayıblar.Yaşıllar Partiyası da səsvermədə iştirak etməyib.
"Mən çox təəssüflənirəm ki, bu qətnamə Avropa Oyunlarının açılış günündə qəbul olunub”, - A. Xan deyib.
Turan-ın "Azərbaycanda vəziyyəti necə qiymətləndirirsiniz?” sualının cavabında deputat deyib:
"Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hərtərəfli məlumatım yoxdur. Sizə birmənalı cavab verə bilmərəm. Amma Almaniya Xarici İşlər Nazirliyinin mövqeyini bilirəm.Bizim parlamentdə səslənən fikirləri bilirəm. Ölkənizdə bu sahədə olan problemlər haqqında tez-tez tənqidi fikirləri eşidirəm. Fikir azadlığının məhdudlaşdırılması, iqtidar-müxalifət arasında dialoqun olmaması.Lakin mən həmişə deyirəm ki, yalnız mənfi tərəflərdən danışmamalıyıq, müsbət tərəfləri də unutmamalıyıq”.

.