Almaniya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı növbəti dəfə çirkin davranışı ilə gündəmə gəlib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Almaniya hökuməti binasının qarşısında asılan plakat bu ölkənin Türkiyə və onun prezidentinə olan münasibətini bir daha nümayiş etdirib.
Plakatda "Avtomobili istəyirsən? Diktatorluğu öldür!” yazılıb. Alman polisi isə hadisəyə heç bir reaksiya verməyib və yazılanları izləməklə kifayətlənib. Maraqlıdır ki, plakatda Ərdoğanla yanaşı, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun fotoları da var.
Qeyd edək ki, hər keçən gün türk düşmənçiliyi artan Almaniya daha əvvəl türkiyəli nazirlərin Almaniyada vətəndaşları ilə görüşməsinə mane olub. Almaniya həmçinin 7-8 iyun tarixlərində Hamburq şəhərində keçiriləcək G20 ("Böyük iyirmilik”) zirvəsində Türkiyə prezidentinin bu ölkədəki vətəndaşları ilə görüşünə qadağa qoyub və yer ayırmaqdan imtina edib.
Almaniya Avropada PKK terror təşkilatının tərəfdarların əsas sığınacaqlarından birinə çevrilib. Türkiyə prezidenti və nazirlərin burada tədbirlər keçirməsinə mane olan Almaniya eyni davranışı PKK-ya qarşı sərgiləmir.
Xatırladaq ki, bu ilin martında qonşu İsveçrə hökuməti PKK-çıların Türkiyə prezidentinə qarşı atdığı çirkin addımına göz yummuşdu.
.
