2018-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1.7 mlrd. ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir.
Məlumata görə, bu, həm neftin qiymətinin 40% bahalaşması, həm də Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar hesabına baş verib. CƏB-də 3.5 mlrd. dollalıq profisit yaranıb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nisbətən 25.7% (564 mln.dollar) artaraq 2.8 mlrd. dollar olub.
.
