Bu ilin 5 ayı ərzində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı açıqlanıb. 

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin 5 ayı ərzində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1200-ə yaxındır.

Qeyd edək ki, Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılıb və cəzaların icrasında elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqi təsbit olunub.

.