Bu il Səudiyyə Ərəbistanına gedən xarici zəvvarların sayı 1,5 milyonu keçib.

Bu barədə Səudiyyə Ərəbistanının Pasportlar Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu günə qədər 1 milyon 626 min 500 zəvvar ölkəyə daxil olub:

"Onların 1 miyon 559 min 53-ü hava yolları ilə, 60 min 617-si quru yolla, 6830-u isə dəniz yolu ilə gəlib".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Statistika Komitəsi 2023-cü il üçün ümumilikdə kvotanın 2,3 milyon nəfər olduğunu müəyyən etmişdi.

.