Bu il məişət zorakılığına məruz qalma faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edən kişilərin sayı açıqlanıb.

Dövlət Komitəsindən bildirilib ki, onların sayı 42 nəfər təşkil edib.

Qeyd olunub ki, məişət zorakılığına məruz qalma ilə bağlı müraciət edənlər arasında qadınlar üstünlük təşkil edir. Amma bununla yanaşı, həm məişət zorakılığı faktı ilə bağlı, həm də sırf özünün məişət zorakılığına məruz qaldığı üçün müraciət edən kişilər də var.

Bildirilib ki, 2021-ci ilin 10 dekabr tarixinə məişət zorakılığı ilə bağlı rəsmi ərizə əsasında komitəyə 340 müraciət daxil olub:

"860 Gender - əsaslı zorakılıqla bağlı Qaynar Xəttə məişət zorakılığı ilə bağlı carı ilin yanvar ayından dekabr ayına qədər 405 müraciət daxil olub. Bunlardan məişət zorakılığına məruz qalmış 42 kişi müraciət edib. Bu rəqəm sırf məişət zorakılığına məruz qalan kişilərə aiddir".

Həmçinin bildirilib ki, Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə il ərzində 27 məişət zorakılığı, 92 ailə münaqişəsi və 22 qadına qarşı zorakılıq faktı ilə bağlı müraciət daxil olub.

.