Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikintisi Şəhərsalma və Tikinti Məcəllənin tələblərinə uyğun aparılmamış, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.
Bu, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə olunması təklif edilən yeni -10-1-ci maddədə əksini tapıb.
Həmin tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərdiyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xidmətlərə görə sifarişçi tərəfindən haqq ödəniləcək. Haqqın məbləği və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
.