
Bu ilin yanvar ayından başlayaraq may ayının sonunadək Azərbaycanda rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Bu ilin yanvar-may aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.
.