2023-cü ildə 27 təhsil müəssisəsinin təhvil verilməsini planlaşdırılıb.
Bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.
Onun sözlərinə görə, həmin məktəblərdən 5-i işğaldan azad edilmiş ərazilərdə olacaq:
“2022-ci ildə 31 təhsil müəssisəsi təhvil vermişik. Həmin məktəblərdən 26-sı tikilib, 5-i isə əsaslı təmir olunub. Həmin məktəblərin içində peşə, internat, məktəbdənkənar müəssisə də olub. Əlavə olaraq da 30 modul məktəbi quraşdırılıb. Son 6 ildə isə 414 modul məktəb tikilib".
O qeyd edib ki, son 15 ildə 3500 məktəb tikilib:
"Ümumilikdə Azərbaycanda 4500 məktəb var. Çalışırıq ki, hər kənddə bir məktəb olsun”.
.