
Bu günə qədər Azərbaycanda 1 000-dən çox böyrək, 500-dən çox qaraciyər, 300-dən çox gözün buynuz qişası transplantasiyası həyata keçirilib.
Bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında deyib.
Mərkəz sədri bildirib ki, bu il əsas hədəf regionlarda reanimasiya şöbələrində beyin ölümü dioqnostikasının təlimlərinin keçirilməsidir.
Y.Abbasova xatırladıb ki, Bakıda süni tənəffüs aparatı ilə təchiz olunan klinikalarda beyin ölümü diaqnostikasının təlimləri keçən ildən etibarən aparılır.
.