Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur.

Bu, “Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb. Qüvvəyə minən qanuna əsasən isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşib.

Belə ki, yeni rüsumların aşağıdakı kimidir:

- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün - 125 manat

- bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi - 250 manat

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 75 manat

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi -3000 manat.

İndiyə qədər qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi olub:

 

Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

24.1. Giriş-çıxış və tranzit gedişinə görə:

 

24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün:

24.1.1.1. yük avtomobil daşıyıcılarına görə

hər bir icazə üçün 20 ABŞ dolları

21.1.1.2. sərnişin avtobusları üçün

hər bir icazə üçün 10 ABŞ dolları

24.7. Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərinin (Avropa Nəqliyyat Nazirlər Konfransı”nın jurnallarının) satışına görə:

24.7.1. atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “İcazə”lərin (jurnalların)

 

 

 

hər bir vahidinə görə 500 ABŞ dolları

24.7.2. atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “İcazə”lərin (jurnalların)

24.7.3. yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan “İcazə”lərin (jurnalların)

hər bir vahidinə görə 300 ABŞ dolları

 

 

hər bir vahidinə görə 100 ABŞ dolları

 

 

 

.