Bu gündən Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb.
Bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan möhürün Ermənistan dövlətçiliyini gücləndirmək üçün dəyişdirildiyini bildirmişdi.
