Noyabrın 11-də Rusiya Prezidenti Vladimir Putin Fyodor Dostoyevskinin anadan olmasının 200-cü ildönümü günü münasibətilə yazıçının həyat və yaradıcılığına həsr olunmuş “Moskva Dostoyevski Ev Muzeyi” Mərkəzinin açılışında iştirak edəcək.

Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

V.Putin yazıçının şəxsiyyətinə, əsas həyat hadisələrinə, əsərlərinə həsr olunmuş xatirə və tarixi-ədəbi ekspozisiyalara baxacaq.

Prezident muzeylə tanış olduqdan sonra rus ədəbiyyatının xadimləri - yazıçının yaradıcılığı üzrə mütəxəssislərlə də görüşəcək.

Xatırladaq ki, V.Putin 2016-cı ildə yazıçının anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncam imzalayıb.

.