Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin doğum günüdür.

Hikmət Hacıyev 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olub.

Gəncədəki 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillərində tam ali təhsil alıb.

NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal Mərkəzi və Belçikanın ULB Universitetinin magistr pilləsinin məzunudur.

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi ‎sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdə və Misirdəki səfirliyiklərində çalışıb.

H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri vəzifəsində işləyib.

 “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.

29 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Rus, türk, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Hikmət Hacıyevi ad günü münasibətilə təbrik edirik!

.