![](/uploads/img/posts/2024/02/05/baa5252c-334b-3727-b72a-aca8b406ac05_850jpg-1707115129.jpg)
Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə BDU-nun Astrofizika kafedrasından məlumat verilib.
Fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.
.