Gələnlər özləri ilə fənər, alışqan götürməyi unutmasınlarXəbər verdiyimiz kimi, bu gün "Yer saatı” ("Earth Hour 2015”) beynəlxalq aksiyası keçiriləcək. Bu il "Yer saatı” aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcək. Onların arasında Azərbaycan da var.
Layihə saat 22:00-da başa çatacaq.
Xatırladaq ki, layihə çərçivəsində dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşir. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir.
Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürürlər.
"Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür..
