Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlb edilməsi məsələsinə aydınlıq gətirib.

APA xəbər verir, jurnalistlərə açıqlama verən BŞTİ müdiri Mehriban Vəliyeva bildirib ki, həmin şagirdlərin tədrisi ilə bağlı müraciətlər var.

“Həmin şagirdlərin məktəbə götürülməsində heç bir problem yaradılmır. Müraciətlər olduqca şagirdlərin məktəblərə yerləşdirilməsi prosesi davam edir”, - o qeyd edib.

.