Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.

İdarədən "Report"a daxil olan məlumata görə, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

Bildirilib ki, ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər.

Əlavə sualı olan valideynlər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.

.