Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nazirlər Kabinetinin qarşısında aksiya keçirilməsinə razılıq verməyib.

Bu gün BŞİH-dən müraciətə cavab olaraq bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, toplantının keçirilməsi barədə müraciət 5 iş günü əvvəl edilməlidir.

Bu tələb pozulduğuna görə aksiyanın keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, iyulun 13-də bir qrup şəxs ölkənin quru sərhədlərinin açılması tələbi ilə Nazirlər Kabinetinin qarşısında aksiya keçirmək barədə çağırış edib.

.