Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
"Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktubunu müzakirə edərək müvafiq qərar verəcək", - R.Əhmədli bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müxalifətin yanvarın 26-sı saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verməməsinin səbəbi açıqlanıb.
Buna səbəbBakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun müxalifətə mitinq keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırmasıdır.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, M.Seyidovunmüraciəti bir neçə gün öncə şəhər icra hakimiyyətinə daxil olub.Qeyd olunub ki, müraciətə baxılıb və nəzərə alınıb.
Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.
.
