2022-ci il ərzində brokonyerliklə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 70 qanun pozuntusu ilə bağlı 70 mindən artıq cərimə tətbiq edilib.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O bildirib ki, cərimələrin artırılması ilə bağlı ETSN ovçuluğun tənzimlənməsi ilə bağlı 176 nömrəli qərara dəyişikliyin edilməsi üçün aidiyyəti qurumlara müraciət edib:

“Cərimələrin artırılması aidiyyəti qurumlarla razılıq mərhələsindədir. Növbəti ildə cərimələrlə bağlı qərara dəyişiklik olunaraq şərtlər sərtləşdiriləcək. Həm cəza tədbirlərinin artırılması, həm də cərimələrin miqdarının artırılması nəzərdə tutulub”.

.