Dünya şöhrətli müğənni Britni Spirs külli miqdarda pul ödəməsi vədinə baxmayaraq məşhur aparıcı Opra Uinfri ilə müsahibədən imtina edib.

Bu barədə o, “YouTube” kanalında paylaşdığı 22 dəqiqəlik audioçıxışında bildirib.

“Bunları sizinlə bölüşdüyüm üçün heç nə almayacağam. Opra və bir çox başqa insanlardan çoxlu pul müqabilində müsahibə götürmək təklifləri gəlib, amma bu, dəlilikdir. Mən bunların heç birini istəmirəm. Bu, mənim üçün sadəcə bir müsahibədən daha çox şeydir”, - deyə Spirs bildirib.

İfaçı videoda ailəsi ilə münasibətlərindən, zorakılıqdan, psixiatriya klinikasında məcburi müalicə olunmasından danışıb.

“Məni sözün əsl mənasında öldürdülər. Məni çölə atdılar”, – Britni Spirs ailəsi haqqında deyib.

O, konsertlərdə pərəstişkarlarından daha çox sevgi və hərarət gördüyünü vurğulayıb.

Xatırladaq ki, Spirsin 2016-cı ildən bəri ilk mahnısı çıxıb. Onun “Hold Me Closer” mahnısı işıq üzü görüb.

.