“Müdafiə və təhlükəsizlik rəhbərlik etdiyim kabinetin ilk prioriterlərindən olacaq”.

“The Guardian“ xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bu vəzifədə keçirdiyi ilk mətbuat konfransında deyib.

Hökumət başçısı bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışıb və ölkəsinin Ukraynaya hərbi dəstəyi ilə bağlı mövqeyinin NATO sammitində də təsdiqlənəcəyi barədə onu məlumatlandırıb: “Bu, hökumətimizin siyasətinin bir hissəsi olacaq. Şəxsi maraqlara əsaslanan siyasət artıq keçmişdə qalıb. Mən xalqın rifahına yönələn fəaliyyət həyata keçirəcəyəm”.

.