Britaniyanın Mançester şəhərində yük avtomobili piyadaları vurub.

"Report" xəbər verir ki, bu barədə "BreakingNNow" məlumat yayıb.

Məlumata görə, hadisə Trafford rayonunda baş verib. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Onların vəziyyəti ağırdır.

Qəza ilə bağlı ətraflı məlumat verilmir. Polisdən bildirilib ki, hadisəni terror aktı adlandırmağa əsas yoxdur.

Hüquq-mühafizə orqanları qəzanı törədən yük avtomobilinin sürücüsünü axtarır.

.