Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmeri noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.

Yenizaman xəbər verir ki, İlham Əliyevin Kir Starmeriyə ünvanladığı dəvət məktubunun original nüsxəsini COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibendə təntənəli surətdə təqdim edib.

Qeyd edək ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar ölkələrin ikitərəfli əlaqələrinə həsr olunmuş ilk rəsmi tədbir COP29 mövzusunda keçirilib.

.