“Britaniya təmiz enerjiyə keçidlə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyi yüksək qiymətləndirir”.

Bunu bu gün 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında tədbirə videokonfrans formatında qoşulan Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands bildirib.

Britaniyalı nazir deyib ki, Azərbaycan kimi ölkələr sıfır emissiya baxımından aparıcı rol oynaya bilər: “Ötən il Qlazqo İqlim Paktı imzalanıb. Biz bu sahədə işimizi davam etdirməliyik”.

Qreq Hands qeyd edib ki, Britaniya hökuməti Azərbaycanla və digər bütün tərəfdaşlarla işləməyə hazırdır: “Bütün bunlar hamısı enerji təchizatına kömək edəcək”.

.