Minalarla mübarizə Azərbaycanla əməkdaşlığımızın çox vacib hissəsidir.

`Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tvitterdə bildirib.

O qeyd edib ki, məhz buna görə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti səfəri zamanı minatəmizləmə üzrə ekspertlərlə görüşüb.

“Minalarla mübarizənin əhəmiyyəti və bu sahədə Böyük Britaniyanın Azərbaycana dəstəyini müzakirə etdik”, - diplomat vurğulayıb.

 

 

.