Azərbaycanda seçkiləri müşahidə etməkdən məmnunluq duyuram.

Bunu Britaniya Lordlar Palatasının üzvü Qurban Hüsseyn bildirib.

O müşahidələri zamanı insanların öz seçki hüququndan sərbəst şəkildə ifadə etdiyinin şahidi olduğunu deyib:

“Seçicilər seçki məntəqəsinə gələrək, öz şəxsiyyət vəsiqələrini təqdim edir, səlahiyyətli şəxslər onları yoxladıqdan sonra onlar pərdə ilə örtülmüş kabinaya daxil olaraq, öz seçimlərini edir. Mən Şuşada insanların sevincini hiss etdim. Mənim orada olduğum müddətdə müşahidə etdim ki, seçicilər həvəslə gəlib öz səslərini verirdilər. Onu qeyd edim ki, bu, mənim xaricdə müşahidə etdiyim ilk seçki idi və heç bir sürpriz olmadı. Seçki Böyük Britaniyada necə keçirsə, Azərbaycanda da eynilə həmin formada keçdi".

.