Aprelin 22-də Böyük Britaniyada Ukrayna üzrə danışıqların yeni mərhələsi keçiriləcək.

Bunu Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko deyib.

Onun sözlərinə görə, danışıqlarda rəsmi Kiyevin və Qərb ölkələrinin nümayəndələri iştirak edəcək:

“Bu məhz Ukrayna – Avropa – Böyük Britaniya və ABŞ-ın Ukrayna məsələsindəki ümumi mövqeyə gəlməli olduqları məsləhətləşmələrdir. Bundan sonra həmin mövqe Rusiya tərəfinə təqdim olunacaq”.

.