Böyük Britaniya növbədənkənar parlament seçkilərinə gedir.
"Röyters” agentliyi xəbər verir ki, Britaniyanın baş naziri Tereza Mey seçkilərin iyunun 8-də keçiriləcəyini açıqlayıb.
"Mən indi nazirlər kabinetinin iclasını keçirdim. Biz qərar qəbul etdik ki, ölkədə yeni parlament seçkiləri iyunun 8-də keçiriləcək. Ölkəyə güclü hökumət lazımdır”, - hökumət başçısı Dauninq-strit iqamətgahında çıxışı zamanı bildirib.
Qeyd edək ki, Mey seçkilərin keçirilməsi haqqında qərarı keçirilən son rəy sorğuları fonunda qəbul edib. Sorğulara görə, hakim Mühafizəkarlar Partiyası reytinqini xeyli artırıb.
.
