Böyük Britaniya Rusiyanın "Marinera" tankerinin ələ keçirilməsində iştirak edib.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Böyük Britaniya "kölgə donanma" fəaliyyəti və İranla bağlı sanksiyaları pozmaqda ittiham olunan Rusiya bayrağı altında üzən tankeri ələ keçirmək üçün ABŞ əməliyyatında iştirak edib.
Britaniya MN əlavə edib ki, "Mariner" tankerini izləmək üçün kəşfiyyat təyyarələri yerləşdirib və hava bazalarını ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamına verib.
.
