Britaniya Kraliçası II Yelizaveta vəfat edib.

Bu barədə Bukinqem sarayı məlumat yayıb.

Bildirilib ki, 96 yaşlı Kraliça dünyasını dəyişib.

Ölümündən sonra Kraliçanın böyük oğlu və varisi, keçmiş Uels şahzadəsi Çarlz Birləşmiş Krallığın kralı olub.

Kraliça II Yelizaveta Britaniya tarixində ən uzun müddət hakimiyyətdə olan monarx idi.

.