Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabet Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Cənab Prezident. Milli bayramınız 28 May - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.


Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud də  Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. 

Məktubda deyilir:

"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib: "Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha böyük inkişaf və rifah arzu edirəm”.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani  Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcək. Bu əlamətdar gündə Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və səadət arzulayıram”.

Livan Respublikasının prezidenti general Mişel Aun, Xorvatiya Respublikasının prezidenti Kolinda Qrabar-Kitaroviç və Qabon Respublikasının prezidenti Əli Bonqo Ondimba da Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibətilə təbrik ediblər.
.