
Böyük Britaniyanın neft-qaz nəhəngi BP ölkənin Mİ6 kəşfiyyat xidmətinin keçmiş rəisi Con Soersi idarə heyətinin üzvü təyin edib.
Virtualaz.org saytı BP-nin London ofisindən yayılan rəsmi məlumata istinadən xəbər verir ki, Con Soers 2014-cü ilin noyabrında qədər Britaniyanın xarici kəşfiyyat xidməti olan Mİ6-nın rəisi olub. Onun kəşfiyyat xidmətində 36 illik iş təcrübəsi var.
Analitiklər keçmiş Mİ6 rəisinin BP-nin idarə heyətinin üzvü təyin edilməsini sensasion hadisə hesab edirlər. Belə ki, BP Rusiya və İraq da daxil olmaqla dünyanın bir çox ölkələrində neft-qaz yataqlarını istismar edir. Rusiyanın "Rosneft” şirkətinin səhmlərinin beşdə biri BP-nin əlindədir.
.