Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynada səfərdədir.

Bu barədə Prezident Volodimir Zelenski teleqram kanalında paylaşım edib.

Ukrayna lideri həmçinin Kiyevdə Britaniya Baş naziri ilə görüş keçirdiyini də yazıb: "Müharibənin ilk günlərindən etibarən Ukrayna və Böyük Britaniya arasında güclü müttəfiqlik olub. Bugünkü görüşdə biz həm ölkələrimiz, həm də qlobal təhlükəsizlik üçün vacib əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik".

Qeyd edək ki, bu, R.Sunakın Böyük Britaniyanın Baş naziri vəzifəsinə seçildikdən sonra Ukraynaya ilk səfəridir.

.