
Müğənni Elton Hüseynəliyevin xalq artisti Brilliant Dadaşova barəsində dediyi "Paxıl insandır. Bir insan paxıldırsa, mən onun sənətini qəbul etmirəm” sözləri cavabsız qalmayıb.
Lent.az-ın məlumatına görə, B.Dadaşovanın bacısı Sədaqət Dadaşova E.Hüseynəliyevin fikirlərinə bu cür cavab verib: "Brilliant xanım irəliyə baxır. Musiqidə də yeniliklər etməyə davam edir ki, eltonkimilər onun oxuduğu əsərlərə baxıb, öyrənsin. Hamı bilir ki, Elton kimi 15-ci dərəcəli ifaçılar çoxdur”.
.