
Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pittin boşanacağı haqda xəbərlər gündəmdən düşmür.
Axşam.az xəbər verir ki, Qərb mediası hər zaman cütlüyün ayrılmaz olduğunu düşünsə də, onların axır vaxtlar tədbirlərdə, səyahətlərdə ayrı görünmələri birmənalı qarşılanmayıb. Bir neçə gün əvvəl Ancelina oğulları Medoks və Noksla birgə Nyu-Yorkdan Los-Ancelesə gedərkən hava limanında görünüb. B.Pitt isə ondan bir qədər sonra, ayrı təyyarə ilə qayıdıb.
Tanınmış cütlüyün əsas problemlərindən birinin maddiyat olduğu söylənilir. Onlar arasında ziddiyət Fransadakı evləri ilə başlayıb. Ancelina evi satmaq istəsə də, Pitt buna mane olub. Aktrisa Londona köçərək siyasi fəaliyyətini genişləndirmək istəyir. Eyni zamanda Coli gəlirli müqavilələrdən imtina edərək fəaliyyətini sosial layihə və xeyriyyə tədbirlərinə daha çox vaxt ayırmaq istəyir. B.Pitt bunun ailə büdcəsinə 30 milyon dollar ziyan vurduğunu deyərək etirazını bildirib.
Media bir çox nüansları da nəzərə alaraq ikilinin yaxın zamanda ayrıla biləcəyini iddia edir. Eyni zamanda B.Pittin aktrisaya xəyanət etməsi xəbəri münasibətləri çətin vəziyyətə salıb.
.