Təyyarənin göyərtəsində 80 nəfər olub.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kolumbiyanın Antokiya əyalətində təyyarə radardan itib. Təyyarənin göyərtəsində 80 nəfər olduğu bildirilir. Onların arasında 9 nəfər heyət üzvü və "Chapecoense” Braziliya futbol klununun oyunçuları olub.
İlkin məlumata əsasən, Boliviyadan Medellinə doğru hərəkət edən təyyarə Rioneqro üzərində olarkən radardan itib. Təyyarənion pilotu yanacağın bitməsi barədə məlumat verib. Pilota eniş üçün icazə verilsə də, təyyarə hava limanına çata bilməyib.
"Chapecoense” Cənubi Amerika kubokunun matçında iştirak etməli olub.
.
