Braziliya millisinin sabiq futbolçusu, bu gün 43 yaşını tamamlayan Fabio Roşembak karyerasını bərpa edib.

Yenizaman “Dailystar”a istinadən xəbər verir ki, yarımmüdafiəçi Braziliyanın regional liqasında mübarizə aparan “Quarani de Xaxim" ilə qısamüddətli müqavilə bağlayıb.

O, yeni komandası ilə meydana çıxdığı ilk matçda 3:2 hesablı qələbəyə sevinib.

F.Roşembak 2014-cü ildə karyerasını bitirdikdən sonra xoruz döyüşlərində iştirak etməsi ittihamı əsasında həbs olunmuşdu. 2017-ci ildə Braziliya polisi onun Riu-Qrandi-du-Sul ştatındakı fermasına basqın edərək, 89 xoruz və 100 000 dollardan (75.000 funt-sterlinq) çox nağd pul ələ keçirmişdi.

Qeyd edək ki, futbolçu karyerası ərzində İspaniyanın “Barselona”, İngiltərənin “Midlsbro”, Portuqaliyanın “Sportinq” kimi klublarında çıxış edib. O, Braziliya yığmasının heyətində 7 oyun keçirib.

.