Bakıda BP-nin ofisində yanğın təhlükəsi yaranıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, BP-nin paytaxtın Neftçilər prospekti 153 ünvanında yerləşən ofisində qısaqapanma olub. Həyata keçirilən tədbirlər nəticəsində qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.
"BP-Azerbaijan” şirkətindən bildiriblər ki, binanın birinci mərtəbəsində elektrik sistemində nasazlıq yaranıb: "Bu səbəbdən hər ehtimala qarşı işçilər təxliyə edilib".
Bildirilib ki, artıq nasazlıq aradan qaldırılıb və hər kəs normal iş rejimini davam etdirir.
.
