
Böyük Britaniya XİN öz mətbuat katibinin adından bəyanatla çıxış edərək hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs edilməsini pisləyib.
"Böyük Britaniya vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə kimi mübahisəli ittihamlarla altı il yarım müddətinə azadlıqdan məhrum edilmiş Rəsul Cəfərovun barəsində hökmdən çox narahatdır.
Vətəndaş əcmiyyətinin hörmətli üzvü, cənab Cəfərov Azərbaycanda mühüm hüquq-müdafiəçilərindən biridir.
Böyük Britaniya Azərbaycanı ədalət mühakiməsinə hörmətlə yanaşmağa və bu mənfi tendensiyaya son qoymağa çağırır”, - bəyanatda deyilir.