Böyük Britaniyanın Baş naziri Key Starmer, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 27 oktyabrda Ankaraya rəsmi səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran paylaşım edib.

Paylaşımda həmçinin qeyd olunub ki, görüş zamanı cari regional və beynəlxalq məsələlər, eləcə də sıx müttəfiqliyə əsaslanan Türkiyə–Böyük Britaniya münasibətləri müzakirə olunacaq.

.