Böyük Britaniya Ukraynaya yeni partiya ağır yük daşıyan “Malloy” pilotsuz uçuş aparatlarını (PUA) təhvil verib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, PUA-lar cəbhə xəttinə döyüş sursatı və silah daşıya bilir. Onların yükgötürmə qabiliyyəti 180 kq-a qədərdir, qət edə biləcəkləri məsafə isə 70 km təşkil edir.

Nazirlikdən həmçinin bildirilib ki, “Malloy” PUA-ları müstəqil şəkildə havaya qalxır, enir və hava şəraitindən asılı olmayaraq əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə uça bilir.

.