Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin məlumatında qeyd edilib.
Sanksiya siyahısına xüsusilə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov, bölmənin özü, həmçinin Müdafiə Nazirliyinin 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu daxildir.
.