Böyük Britaniya Küveytə “Rapid Sentry” Hava Hücumundan Müdafiə sistemi göndərəcək.

Bu barədə Britaniya hökuməti məlumat yayıb.

Britaniya Baş naziri Keir Starmer və Küveytin vəliəhd şahzadəsi Sabah əl-Xalid əl-Sabah telefon danışığı zamanı ötən gecə Küveytin neft təsisatına dron hücumunu müzakirə ediblər.

Starmer bu hücumu qınayıb və ölkəsinin Körfəzdəki müttəfiqlərlə həmrəy olduğunu bəyan edib.

.