“III Dünya müharibəsinin başlanması təhlükəsini nəzərə alaraq Hava Hücumundan Müdafiə Qüvvələrinin potensialı gücləndirəcəyik”.
Bunu Böyük Britaniyanın müdafiə nazirinin müavini Lyuk Pollard deyib.
O qeyd edib ki, bu istiqamətdəki proseslər qəbul olunacaq yeni hərbi strategiyaya uyğun həyata keçiriləcək.
“Bu mürəkkəb zamanda biz həm özümüzün, həm də tərəfdaşlarımızın təhlükəsizliyi barədə düşünməliyik. Xüsusilə NATO-nun Şərq cinahında, daha doğrusu Estoniyada yerləşdirilən hərbi qüvvələr bu məsələdə daha ehtiyatlı və diqqətli olmalıdır” – general belə deyib.
.