Böyük Britaniya Rusiyanın 18 neft tankerinə və 4 mayeləşdirilmiş təbii qaz tankerinə qarşı sanksiya tətbiq edib.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, bu, neft tankerlərinin kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketidir:

“Daha 18 kölgə donanması gəmisi Britaniyanın limanlarına daxil olmaqdan məhrum ediləcək və ölkə dünya üzrə aparıcı dəniz xidmətlərinə çıxış əldə edə bilməyəcək. Nəticədə, sanksiyalara məruz qalan neft tankerlərin ümumi sayı 43-ə çatacaq”.

Bundan əlavə, sanksiyalar siyahısına LNG daşıyan 4 gəmi də daxildir.

.