
"Ukrayna Avropa İttifaqının əsas prioritetdir".
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında bildirib.
O deyib ki, bu gün Aİ-nin 27 xarici işlər naziri Ukraynaya vahid dəstək mesajı verib.
"Ukrayna Aİ-nin əsas prioritetidir - öhdəliyimizlə bağlı heç bir yorğunluq olmayacaq. Aİ Şurasının iclasından sonrakı tapşırıqlara uyğun olaraq gələcək təhlükəsizlik öhdəliklərimiz üzərində işləyirəm", - Borrell bildirib.
.